İqbalnamə əsəri Nizami Gəncəvi yaradıcılığının ən yüksək zirvəsi və Şərq poeziyasının ən parlaq incisi hesab olunan İskəndərnamənin ikinci hissəsidir. İskənərin kamil insan, alim və ağıllı, müdrik bir filosof kimi təsvir olunduğu bu hissədə Nizami ictimai, fəlsəfi düşüncələrə üstünlük vermiş və insan ağlının təntənəsindən bəhs etmişdir.