AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili, AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun və iqtisad elmləri üzrə fəlsəfə doktoru Vurğun Süleymanovun müəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabında təcavüz nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərərin müəyyənləşdirilməsinə yönəlmiş kompleks məsələlər ilk dəfə olaraq araşdırılır. Kitabda həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və geosiyasi kökləri tədqiq olunur, beynəlxalq təşkilatların Ermənistanın Azərbaycan ərazilərini işğalı faktını tanıması mühüm sənədlər vasitəsilə çatdırılır.